“Etniklər arası dialoq və sosial həmrəyliyin inkişafında gənclərin rolunun artırılması” adlı layihəsi yekunlaşdıbackend

“Etniklər arası dialoq və sosial həmrəyliyin inkişafında gənclərin rolunun artırılması” adlı layihəsi yekunlaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Etniklər arası dialoq və sosial həmrəyliyin inkişafında gənclərin rolunun artırılması” adlı layihəsinin icrası uğurla bitirmişdir.

\”Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi gənc peşəkarların fəaliyyəti üzərində qurulmuş, ölkəmizin ictimai-siyasi həyatında və gənclər siyasətinin inkişafında yaxından iştirak edən, fəal mövqeyə yüksəlmiş təşkilatdır. \”2 fevral – Gənclər günü” münasibəti ilə 2015 – ci ildə uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aktiv gənclər təşkilatı kimi mükafatlandırıldı.

Bildiyimiz kimi, Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı məkan olub. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır.

\”Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyi Avropa Şurası nəzdində fəaliyyət göstərən Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ilin iyun – avqust aylarını əhatə edən \”Etniklər arası dialoq və sosial həmrəyliyin inkişafında gənclərin rolunun artırılması” adlı layihəsinin icrasını uğurla bitirmişdir. Layihənin məqsədi multikulturalizmin əsas prinsipi olan mədəni bərabərlik və qarşılıqlı dözümlülüyün və etnik-mədəni, dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsində gənclərin rolunun artırılması olub.

Təlim proqramlarında birgə yaşayış modelinin və mədəniyyətlərarası dialoqun təbliği, və sosial birliyin formalaşmasında müxtəlif etnik qrupları təmsil edən gənclərin birliyi və multikulturalizm həmrəyliyinə nail oldunması istiqamətində, o cümlədən dini dözümlülük, tolerantlıq, multikulturalizm sahəsində maarifləndirilmişdir.

Layihə çərçivəsində Qusar, Qax, Lənkəran şəhərlərində Azərbaycanda yaşayan etnik xalqların gənc nümayəndələri üçün təlim proqramı keçirilmişdir. Layihə çərçivəsində keçirilən təlim proqramlarında ümimilikdə 100-ə yaxın gənc iştirak etmişdir. Təlim proqramları təcrübəli təlimçilər Məryam Məcidova və Lalə Darçınova tərəfindən aparılmışdır.

İnterpress.az