Azərbaycanlılar dünyanın ən emosiyasız millətləri reytinqindəbackend

Azərbaycanlılar dünyanın ən emosiyasız millətləri reytinqində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Axşam hansı hissləri keçirməsi ilə bağlı suala azərbaycanlılar nə müsbət, nə də mənfi heç nə xatırlamayıblar.

İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, “Global Emotions 2018” siyahısına 145 ölkənin adı daxil edilib.

Araşdırma “Gallup” mərkəzi tərəfindən 2017-ci ildə keçirilib. 15 yaşdan yuxarı 154 min nəfər arasında sorğu aparılıb.

Müsbət emosiyalı ölkələr siyahısına Paraqvay, Kolumbiya, Salvador, Qvatemala, Kanada, Kosto-Rika, Ekvador, Honduras, Panama, eləcə də, İslandiya, İndoneziya və Özbəkistan daxil olub.

Mənfi emosiyalı ölkələrə isə 146 ölkədən CAR, İraq, Cənubi Sudan, Çad, Serra-Leone, Misir, İran, Nigeriya, Fələstin, Liberiya, Madaqaskar və Uqanda daxil olub.

Azərbaycan bu siyahıda qeyri-emosional ölkələr sırasında yer alıb. Azərbaycanlıların emosional səviyyəsini Belarus və Yəmən sakinləri ilə eyniləşdirmək olar. Ən emosional ölkələr isə CAR, Peru və Syerra-Leone olub.

İnterpress.az