“Ketchi” şirkəti Qida Təhlükəsizliyi Agentliyinin iradları ilə razıdır? – AÇIQLAMAbackend

“Ketchi” şirkəti Qida Təhlükəsizliyi Agentliyinin iradları ilə razıdır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Agentlik bildirib ki, aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

İnterpress.az xəbər verir ki, məsələ ilə bağlı “Ketchi”dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xəbərdarlıq alıblar:

“Şirkətin “Uyğunluq” və “Gigiyenik” sertifikatlarının müddəti bitib. Bununla əlaqədar Qida Təhlüəsizliyi Agentliyilə şirkətimiz arasında anlaşılmazlıq olub. Keçi südündən nümunələr götürülüb və laboratoriyaya göndərilib. Hazırda məhsullarımızı vitrinlərdən yığırıq ki, müştərilərimizlə də hər hansı problem yaşamayaq. Məhsullarımız laboratoriyadadır və cavabları gözləyirik”.

Eyni zamanda bildirilib ki, şirkət “Uyğunluq” və “Gigiyenik” sertifikatların yenilənməsilə bağlı sənədləri Qida Təhlükəsizliyi Agentliyinə təqdim edib.

İnterpress.az