Azərbaycanlı müğənni oğruların hücumuna məruz qaldı – Pulları oğurlandı – EKSKLÜZİVbackend

Azərbaycanlı müğənni oğruların hücumuna məruz qaldı – Pulları oğurlandı – EKSKLÜZİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc azərbaycanlı ifaçı Nahidə Babaşlı oğurluğa məruz qalıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, ifaçı paytaxtda yerləşən restoranların birində oğruların hücumuna məruz qalıb.

Belə ki, metronun \”28 May\” stansiyasının yaxınlığında yerləşən \”Bahar Lahmacun\” restoranında nahar edən N.Babaşlının cüzdanından 550 manat məbləğində pul oğrulanıb.

Nahar yedikdən sonra əllərini yumağa gedən ifaçı qayıtdıqdan sonra stolun üzərinə qoyduğu cüzdanının yerə düşdüyünü görüb. O, cüzdanını götürüb içərisinə baxan zaman pulların oğurlandığının şahidi olub.

O, oğurluğa məruz qalması ilə bağlı restoranın rəhbərliyinə müraciət etdikdən müşahidə kameralarının köməkliyi ilə yan masada əyləşən gənc oğlan tərəfindən onun pullarının oğurlandığı məlum olub.

Məsələ ilə əlaqədar olaraq, ərazi polis bölməsinə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Səid Qərib
İnterpress.az