Nuru Paşa və yaxud da heykəlsiz qəhrəmanbackend

Nuru Paşa və yaxud da heykəlsiz qəhrəman

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

100 il bundan öncə Bakının erməni-bolşevik qruplaşmalarının əlindən alınması zamanı Azərbaycana ilk yardım edənlər də elə əzəli dostlarımız – Türklər oldu.

Tarixən doğma vətənimiz olan Azərbaycan yadelli düşmənlərin hər zaman maraq dairəsində olub. Ta qədim keçmişdən indiyə qədər Vətənimiz işğalçı qruplaşmaların terrorçu siyasətindən əziyyət çəkir. İllərdir ki, işğalçı Ermənistanın torpaqlarımızı zəbt etməsinə isə dünya birliyi, demokratiyadan dərs keçən güc dövlətləri, özlərini haqq-ədalət carçısı kimi dünyaya sırımağa çalışan inkişaf etmiş dövlətlər hələ də susur.

Təbii ki, bütün bu susqunluqlar hamısı türk birliyinin, dünyada türklərin daha sıx yerləşdiyi ərazilərə yanaşma mövqelərindən xəbər verir. Amma necə deyərlər – Türkün türkdən başqa dostu yoxdur. Bu, həmişə belə olub, bu dostluq, qardaşlıq belə də davam edəcək, davamlı olacaq. Bu qardaşlığa hazırda Türkiyə və Azərbaycanın dövlət başçılarının bir-birinə olan münasibəti də bariz nümunədir.

Qafqaz İslam Ordusu – Mühasirəyə alınmış torpaqların və o torpaqda yaşayan insanların harayına yetişən ordu.

Bu günlərdə Bakının işğaldan azad olunmasının 100 illiyini qeyd edirik. Bəziləri Bakının işğaldan azad olunmasını işğal olunmuş Bakının Türk ordusu tərəfindən işğalı kimi qiymətləndirir. Təbii ki, bu, çox absurd fikirdir. Eyni zamanda, bu fikirlərin hansı beyinlərin və təxəyyüllərin məhsulu olduğu da heç kimə sirr deyil. Şovinist, bolşevik təfəkkürlü və millətsevərlik hissinə malik olmayan bəziləri Nuru Paşanın Bakıya gəlişini işğalçı kimi hücum etdiyini dilə gətirir. Amma təəssüflər olsun ki, belələri Bakının rus-erməni-bolşevik qüvvələrindən təmizləndiyini heç dilə də gətirmirlər. Bu barədə saatlarla oturub danışmaq, izah etmək olar ki, işğalçı torpaqları zülmkarlardan alıb sahibinə təhvil vermir.

Bolşevik ideologiyasının nökəri olan beyinlərin sahiblərinə əyani olaraq Nuru Paşanın 100 il bundan öncəki işğalçılara qarşı açdığı atəş səslərinin bu gün də Türkiyə prezidenti tərəfindən davam etdirildiyini sübut edə bilərik. Bir neçə ay bundan öncə Suriyada “Zeytun dalı” əməliyyatı nəticəsində Türk ordusu qonşu xalqın torpaqlarını işğalçılardan azad edib sahiblərinə təhvil verdi. Amma bu gün də təəssüflər olsun ki, bu əməliyyatlara quyruq bulayanların politoloqluq etmələrinin şahidi oluruq.

Nuru Paşa – Heykəlsiz qəhrəman

Dəfələrlə Nuru Paşanın Azərbaycanda heykəlinin icaldılması üçün bir çox təkliflər irəli sürülüb. Biz də bu təklifi alqışlayır və həyata keçiriləcəyi günü gözləyirik. Nuru Paşanın abidəsi azərbaycanlıların qəlbində ucaldılıb desək, bəlkə də, yanılmarıq. Məgər, qəlbdən də uca bir yer və məqam varmı? Ümumiyyətlə, Nuru Paşanın rəhbərliyi ilə Bakının bolşevik quldur dəstələrindən azad olunması yolunda canından keçən bütün türk əsgərləri vətənini, millətini, xalqını, dövlətini sevən hər bir azərbaycanlının qəlbinə gömülüb. Şəhidlərin cisminin məzarı uğrunda canlarını fəda etdikləri torpağın altı olsa da, şəhidlərin özü millətsevərlərin qəlbində ucaldılıb.

Toğrul Allahverdili
İnterpress.az