Avtomobilinizi düzgün park edin – İZLƏNİRSİNİZbackend

Avtomobilinizi düzgün park edin – İZLƏNİRSİNİZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Agentlik artıq yollarda dayanma-durma qaydalarını pozan avtonəqliyyat vasitələrini müəyyən edərək qeydə alır.

Hazırda parklanma və dayanma-durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video-qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması istiqamətində ciddi işlər aparılır.

Prosesin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulub. Mövcud potensialdan da istifadə edilir. Sistem vasitəsilə yollara nəzarə gücləndirilib. Hazırda həmin kameralar vasitəsilə yollarda dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələri müəyyən edilir. İnzibati xəta törədən sürücülər barədə müvafiq tədbirlərin görülməsi üçün məlumatlar müvafiq bazada toplanır.

Artıq əksər küçə və prospektlərdə, xüsusilə hərəkətin intensiv olduğu yollarda qanunsuz parklanmaya nəzarət kameraları fəaliyyət göstərir.

Qeyd edək ki, 7 iyul tarixində prezidentin imzaladığı fərmana əsasən parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi kimi səlahiyyətlər Dövlət Yol Polisindən alınaraq, Bakı Nəqliyyat Agentliyinə həvalə edilib.

İnterpress.az