Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Xərçəng xəstəliyi "sürətlə yayılır"

Bu ilin sonuna qədər dünya üzrə xərçəng xəstəliyindən əziyyət çəkən insanların sayı daha çox olacaq: 18.1 milyon.

Dərc edilib: 15 sentyabr 2018 [20:37]
Baxış sayı: 14717

Xəstəlik ucbatından həyatını itirəcək insanların sayı isə 9.6 milyon nəfərə çatacaq.

2012-ci ildə isə rəqəmlər uyğun şəkildə 14.1 milyon və 8.2 milyon olub. Bu artıma səbəb dünya əhalisinin artması və yaşlanma sayıdır.

Rəqəmlər göstərir ki, hər beş kişi və hər altı qadından biri xəstəliyə tutulur.

Ölkələr varlandıqca əhalisinin xərçəngə tutulma riski, kasıb ölkələrin əhalisinə nisbətən daha da artır.

Xərçəng üzrə Beynəlxalq Araşdırma Mərkəzi (IARC) dünyada xərçəngə tutulma halları ilə bağlı mütəmadi məlumatlar təqdim edir. Xüsusilə də 185 ölkədə xərçəngin 36 müxtəlif növünü yaxından izləyir.

Araşdırmaçılar, illər ərzində xərçənglə bağlı məlumatların toplanması və ölçülməsi prosesinin inkişaf etdiyini desələr də, xərçəng və xərçəng əsaslı ölüm halları ildən-ilə artaraq ümumi bir trendə çevrilib.

Onların son hesabatı göstərir ki, insanların düçar olduğu və öldüyü xərçəng növlərindən üçdə biri ağciyər xərçəngi, qadınlarda süd vəzisi xərçəngi və bağırsaq xərçənginin payına düşür.

'Tütünə nəzarət'

Müəlliflər, 28 ölkədə qadınların ölümünə daha çox səbəb olan xərçəngin ağciyər xərçəngi olduğunu deyirlər.

Bu mənada ən pis göstəriciyə malik ölkələrə ABŞ, Macarıstan, Danimarka, Çin və Yeni Zelandiya daxildir.

Birləşmiş Krallığın (Britaniya) Xərçəng Araşdırması (Cancer Research UK) adlı xeyri cəmiyyətindən George Butterworth deyib: "Dünya üzrə qadınların əvvəlki illərdən daha çox ağciyər xərçənginə yoluxmasının yeganə ən böyük səbəbi tütündür.

"Britaniyada qadınlar kişilərdən daha çox siqaret çəkirlər və buna görə də ağciyər xərçəngi halları ilə bu qədər çox qarşılaşmaq heç də təəccüblü deyil.

"Eynilə, siqaret çəkmək aşağı və orta gəlirli ölkələrdəki qadınlar arasında da son dərəcə populyardır və tütün sənayesinin onlara yönələn aqressiv marketinq siyasəti də buna təsir göstərir."

IARC-dan Dr Freddie Bray isə söyləyib: "Nəticələr, dünyanın hər bir ölkəsində hədəfli və təsirli tütün nəzarəti siyasətinin tətbiqini yenidən vurğulamaq ehtiyacı yaradır."

'Qəribə müxtəliflik'

Ümumi olaraq hesabatda, xərçəngə tutulma hallarının yarısının və bununla bağlı ölüm sayının daha çox Asiyada baş verdiyi göstərilir.

Bunun bir səbəbi qitə əhalisinin sayının çoxluğudursa, digər səbəbi də yuxarı ölüm göstəricili xərçəng növlərinə regionda daha çox rast gəlinməsidir.

Məsələn, təhlükəli sayılan qaraciyər xərçəngi Çində daha çox yayılıb.

Bundan əlavə müəlliflər, sözügedən xəstəliyin dünyada rast gəlinən növləri və nümunələri arasında "qəribə müxtəliflik" olduğunu söyləyirlər.

Onlar deyirlər ki, ölkələr xərçəngin qarşısının alınması və müalicəsini məhz növlər və nümunələrə uyğun tətbiq etməlidirlər. (bbc)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 162