Cənubi və Şimali Koreya liderlərinin görüşünün tarixi açıqlanıbbackend

Cənubi və Şimali Koreya liderlərinin görüşünün tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla Koreya Respublikasının Prezidenti Mun Çje İn sentyabrın 18-19-da Pxenyanda görüşəcəklər.

İnterpress.az “Report”-a istinadən xəbər verir ki, bunu sentyabrın 17-də Cənubi Koreya Prezdent Administrasiyasının nümayəndəsi jurnalistlərə deyib.

Bildirilib ki, dövlət başçıları arasında ikitərəfli görüş iki mərhələdə keçiriləcək.

Məlumata görə, Cənubi Koreya Prezidenti sentyabrın 18-də birbaşa aviareyslə Pxenyana səfər edəcək.

İnterpress.az