Bakıda sovet diplomatı həbs edildibackend

Bakıda sovet diplomatı həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Virtualaz.org-un redaksiyasına hazırda dələduzluğa görə həbsxanada olan keçmiş sovet diplomatı Əziz Abduləzizin həyat yoldaşı Dilarə Abduləziz müraciət edib.

D.Abduləzizin təqdim etdiyi sənədlər, həqiqətən də, onun ərinə qarşı irəli sürülmüş iddiadan şübhələnməyə əsas verir. Hər halda, əlavə araşdırmalara ehtiyac duyulur.

Xarici siyasət idarəsinin əməkdar işçisinə qarşı cinayət işi “Alfa ltd” tikinti şirkətinin sahibi İxtiyar Həsənovun iddiası əsasında başlanıb. Həsənov bildirib ki, 2011-ci ildə Ə.Abduləziz ondan 300 min manat alaraq, biznesdə kömək edəcəyinə söz verib, lakin nə kömək olunub, nə də pullar geri qayıdıb.

Eyni zamanda, pulların verilməsinə Türkiyə vətəndaşı Durdu Yıldırımın şahid olması barədə Həsənovun iddiasından başqa heç bir sübut yoxdur. Səbail rayon Polis İdarəsinin müstəntiqi Emil Muxtarov üçün bu kifayət edib ki, yaşlı insanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi üzrə məsuliyyətə cəlb etsin.

Əgər buna sənəd demək mümkündürsə, əldə olan yeganə sənəd Yıldırımın heç bir yerdə təsdiqlənməmiş ifadəsidir. Özü də həmin ifadəni hüquq-mühafizə orqanlarının əməkdaşları deyil, iddiaçı İ.Həsənov özü alıb.

Bakıda sovet diplomatı həbs edildi

İnterpress.az