Ölkəsi böhranda olan Maduro Nüsrətin restoranında ət yedi, xalqı üsyana qalxdıbackend

Ölkəsi böhranda olan Maduro Nüsrətin restoranında ət yedi, xalqı üsyana qalxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Maduro həyat yoldaşı Silia ilə birlikdə İstanbulda cəmi iki saat olub və dünyaca məşhur Nüsrət Gökçənin restoranında yemək yeyib.

Ölkəsində iqtisadi böhran olan prezidentin lüks restoranda yemək yeməsi venesuelalıların üsyanına səbəb olub.

Nüsrət Maduro ilə çəkdiyi videoları sosial şəbəkədə paylaşıb. Maduro dövlət televiziyasına açıqlama verərək yemək yediyini təsdiqləyib:

“Nüsrət şəxsən yanımıza gəldi. Söhbət etdik və yaxşı vaxt keçirdik. Bir neçə dəfə Venesuelanı çox sevdiyini dedi”.
Venesuela müxalifətinin lideri Xulio Borqes isə Tvitterdə yazıb:

“Venesuelalılar ac ikən Nikolas Maduro və xanımı Venesuealadan oğurladıqları pullarla dünyanın ən bahalı restoranlarından birində kef çəkir”.

Ölkəsi böhranda olan Maduro Nüsrətin restoranında ət yedi, xalqı üsyana qalxdı

Sərt reaksiyalardan sonra Nüsrət sosial şəbəkədə videoları silib. (ölkə.az)

Ölkəsi böhranda olan Maduro Nüsrətin restoranında ət yedi, xalqı üsyana qalxdı

İnterpress.az