Sevgi və pul naminə 8 illik yalanbackend

Sevgi və pul naminə 8 illik yalan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyalı Kelli Val Smit diqqət cəlb etmək üçün 8 il özünü yumurtalıq xərçəngi xəstəsi kimi aparıb. Yalançı qadın xəstəliyi təqlid etməklə ailəsinin müflis olmasına səbəb olub və dostlarını itirib.

Məlumata görə, bu müddət ərzində dostları və ailə üzvləri qadına 400 min Avstraliya dolları (473 min manat) verib. Val Smit mütəmadi olaraq facebookda paylaşımlar edərək, müalicəsinə yardım edilməsi üçün pul istəyib.

Ancaq qadının fırıldağının üstü açılıb. Onun yalan danışdığını anlayan dostları və yaxınları məhkəməyə müraciət ediblər. İstintaq zamanı qadının fırıldağının qurbanlarından bir neçəsi ona pul verdiyi üçün ipoteka borclarını ödəyə bilmədiklərini etiraf edib. Qadının anası bütün təqaüdünü qızına xərclədiyini bildirib. Zərərçəkmişlər arasında qadının uşaqları da olub. Qadının analığı iddia edib ki, Val Smitin bu addımı ailəni dağıdıb.

Val Smit isə məhkəməyə məktub yazaraq bildirib ki, bu addımı sevilmək və qiymətləndirilmək məqsədi ilə atıb. Qadın günahkar olduğunu etiraf edib və oktyabrda məhkəmə qarşısına çıxacaq. (sputnik.az)

İnterpress.az