Ağdamlı xanım İsveçdə deputat seçildi – FOTObackend

Ağdamlı xanım İsveçdə deputat seçildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Diaspor.az-a istinadən xəbər verir ki, İsveçdə yaşayan azərbaycanlı siyasətçi İradə Əliyeva İsveç parlamentinə deputat seçilib.
İsveç Sosial Demokratlar Partiyasından namizədliyi irəli sürülən İradə Əliyeva Söderberq Jönköpinq region parlamentinə millət vəkili seçilib.

O, Jönköpinq parlamentində 81 deputatdan biri olacaq.

Qeyd edək ki, İradə Əliyeva 2004-cü ildən İsveçdə yaşayır. 2007-ci ildən İsveçin ən böyük partiyası olan Sosial-Demokratlar Partiyasının fəal üzvüdür. 2010-cu ildə seçkilərdə Jönköpinqs landsting (əyalət) parlamentinə namizədliyimi irəli sürüb və həmin əyalət parlamentinə seçilib. Bundan başqa 2010-2014-cü illərdə Jönköpinq bələdiyyəsinin Təhsil və İş Bazarı Komissiyasının üzvü, Sosial- Demokrat Qadınlar
Cəmiyyətinin idarə heyətinin üzvüdür.

İradə Əliyevanın 2012-ci ildən öz sosial, hüquqi və iqtisadi məsələlər üzrə məsləhətçi şirkəti var.
2013-cü ildə qadın cəmiyyəti yaradıb. Bu cəmiyyətdə müxtəlif millətlərdən olan qadınlar üzvdür. Cəmiyyətin məqsədi qadınların bir-birinə kömək etməsi, çətin vəziyyətlərdə dayaq olmasıdır. Onu da bildirək ki, deputat əslən Ağdamın Mərzili kəndindəndir. İki övladı – 20 yaşında qızı, 13 yaşında oğlu var. Qızı da siyasətlə maraqlanır və bu ilki seçkilərdə fəal iştirakçılardan biri olub.

Azərbaycan Neft və Kimya İnstitunun muhəndis-iqtisad fakültəsini bitirib. Bakıda yaşadığı müddətdə müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, bri neçə gün bundan öncə daha iki azərbaycanlı qadın İsveç parlamentinə depuatat seçilmişdi. Azərbaycanlı qadınlar olan Aylin Fazelian və bacısı Ayda Kərimli İsveç parlamentinin deputatı seçiliblər. Belə ki, “Sosial-demokrat “partiyasından namizədliyi irəli sürülmüş 1992-ci il təvəllüdlü Aylin Fazelian və “Mərkəz” partiyasından namizədliyi irəli sürülmüş Ayda Kərimli millət vəkili seçiliblər.

Ağdamlı xanım İsveçdə deputat seçildi – FOTO

İnterpress.az