Şamaxıda “kiçik qiyamət” yaşanır: Yer yarılır, evlər çökür, mənzillərə heyvanlar daraşırbackend

Şamaxıda “kiçik qiyamət” yaşanır: Yer yarılır, evlər çökür, mənzillərə heyvanlar daraşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şamaxı rayonunun Muğanlı kəndində son bir həftə ərzində intensiv torpaq sürüşmələri yaşanır. İnterpress.az xəbə verir ki, sürüşmənin miqyası get-gedə artaraq evlərdə böyük çatlar əmələ gətirib.

Rayonun sürüşməyə meylli ərazilərindən olan bu kənddə son günlər bir neçə ev qəzalı vəziyyətə düşüb. Kəndin aşağı hissəsində yerləşən 12-yə yaxın ev qəzalı vəziyyətdədir.

Sözügedən ərazidə bir neçə ildir ki, torpaq sürüşməsi baş verir. Kənd sakinlərinin sözlərinə görə, torpaq sürüşməsi baş verən ərazilərdə son bir ilə yaxın müddətdə sakitlik hökm sürür, aktivlik müşahidə olunmurmuş. Lakin son günlər havanın yağmursuz olmasına baxmayaraq, torpaq sürüşməsi yenidən aktivləşib.

Sürüşmə prosesi nəticəsində bəzi evlərin divarlarında yaranan yarıqların eni 15-20 santimetrə qədər genişlənib. Sakinlərin dediklərinə görə, həmin iri yarıqlardan evə heyvanlar girir.

Onu da qeyd edək ki, 2012-ci ildə Muğanlı kəndində sürüşmə nəticəsində 46 ev qəzalı vəziyyətə düşdüyü üçün həmin evlərin sakinləri Şamaxı rayonunun Meysəri kəndi yaxınlığındakı yeni tikilmiş yaşayış evlərinə köçürülüblər.

Hazırda rayon Fövqəladə Hallar Komissiyası və İcra Hakimiyyətinin nümayəndələri yaranmış vəziyyəti analiz edirlər. (sputnik.az)

İnterpress.az