12 yaşlı oğlan süni göldə batdıbackend

12 yaşlı oğlan süni göldə batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonunun Qobuqıraq kəndində süni göldə batdığı ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.

Bu barədə İnterpress.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

H.Osmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İnterpress.az