“Bizim təşkilat Avropa Məhkəməsinə heç vaxt müraciət etməyib” – Çingiz Qənizadəbackend

“Bizim təşkilat Avropa Məhkəməsinə heç vaxt müraciət etməyib” – Çingiz Qənizadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar aşağıdakılardır: Azad İqtisadiyyata Yardım, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsi, Demokratiya və İnsan Hüquqları, Hüquqi Maarifləndirmə Cəmiyyəti, Azərbaycan Hüquqşünaslar Assosiasiyası, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, “Qafqaz” Media Araşdırmalar Mərkəzi.

Bu siyahıda Demokratiya və İnsan Hüquqları adlı qurumun da adının keçməsi hüquq müdafiəçisi, deputat Çingiz Qənizadənin ciddi etirazına səbəb olub. Bununla bağlı o, musavat.com-a müraciət ünvanlayıb.

Müraciətdə deyilir: “Bu gün bəzi mətbuat səhifələrində “QHT-lərin işi Avropa Məhkəməsində” başlıqlı yazı dərc olunub. QHT-lərin sırasında Demokratiya və İnsan Hüquqları adlı təşkilatın da adı göstərilib. Qeyd etmək istəyirəm ki, Demokratiya və İnsan Hüquqları Komitəsi adlı təşkilat bizə məxsusdur, 1995-ci ildən dövlət qeydiyyatına alınıb və təşkilatın rəhbəri də uzun illərdir mənəm. Bizim təşkilat Avropa Məhkəməsinə heç vaxt müraciət etməyib. Hansısa mübahisəli məsələlər olduqda, bunun hər zaman ölkə daxilində həllinə üstünlük vermişik. Jurnalist dostlarımızdan xahiş edirəm ki, bizim təşkilatın adı altında yaradılmış bu QHT- nin kimə məxsus olması və qeydiyyatdan keçib-keçməməsini aydınlaşdırsınlar”.

İnterpress.az