Ölən övladlarının spermasını götürüb “nəvə sahibi oldular”backend

Ölən övladlarının spermasını götürüb “nəvə sahibi oldular”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada yayımlanan Times qəzetinin yazdığına görə, ABŞ-ın Kaliforniya ştatında yerləşən bir klinika 26 yaşında motosiklet qəzası nəticəsində həlak olan subay şəxsin valideynlərinin bu üsulla nəvə sahib olduğunu açıqlayıb.

Lucy Bannerman-ın imzasıyla yazılan xəbər görə, həlak olan şəxsin cəsədi qəzadan iki gün sonra tapılıb. Cütlüyün tək övladı olan şəxsin sperması tapılan kimi dondururlub.

La Jolla adlı klinika cütlüyün adını açıqlamasa da \”çox zəngin və məşhur bir ailə\” olduğunu söyləyib.

2015-ci ildə doğulan nəvənin cinsiyyət seçimi üçün üsullardan istifadə edildiyi və beləliklə ailənin arzusuna uyğun olaraq körpənin oğlan doğulduğu bildirilib.

Klinikanın rəhbəri Dr. David Smotrich 3 yaşındakı uşağın Böyük Britaniyada babası və nənəsiylə yaşadığını, yaşlı cütlüyün eyni zamanda uşağın qanuni qəyyumu kimi qeyd edildiyini bildirib.

Bu prosesin 60-100 min funt sterlinq arasında bir məbləğə başa gəldiyini qeyd edən Dr. Smotrich cütlüyün övladının ölmədən əvvəl spermasından istifadəyə icazə vermədiyini və bu səbəbdən həyata keçirilən prosesin Böyük Britaniya qanunlarına görə cinayət kimi qəbul edilə biləcəyini də söyləyib:

\”Cütlük övladlarını avtomobil qəzasında itirib və çarəsiz qalaraq nəvəyə sahib olmaq istəyib. Onlara kömək etmək mənim üçün başqa məsələ idi. Cansız bədəndən alınan sperma ilə bir körpəni dünyaya gətirmək çox qeyri-adi hadisədir. Bu günə qədər bunu sadəcə 5 dəfə etmişəm. Bü cütlük qətiyyətlə oğlan nəvə istəyirdi. Böyük Britaniyada cinsiyyət seçmək üsulları qanuni olmadığı üçün ABŞ-a gəldilər\”.

Böyük Britaniyada hər il orta hesabla beş körpə atasının ölümündən sonra mayalanır. Körpələrin bir hissəsi ataları yaşayan zaman alınan sperma ilə, bir hissəsi isə öldükdən sonra alınan sperma ilə mayalanaraq dünyaya göz açır. (bbc)

İnterpress.az