Yüksək vəzifəli şəxs işdən azad olunubbackend

Yüksək vəzifəli şəxs işdən azad olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Eldar Əzizovun əmri ilə BŞİH Aparatının rəhbəri Rasim Quliyev tutduğu vəzifədən azad olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə politoloq Azər Rəşidoğlu öz \”Facebook\” profilində bu barədə məlumat yayıb.

\”Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilib. Rasimi 30 ildir tanıyıram və onun Heydər Əliyev fanatı olduğunu bilirəm\” — deyə A.Rəşidoğlu bildirib.

Onun yazdığına görə, E.Əzizovun bu qərarı birmənalı qarşılanmayıb: \”Narazılıq yarandığını görən Əzizov Quliyevə xarici əlaqələr şobəsinin sədri vəzifəsini təklif edib. Hələlik Quliyevin bu təklifə razılıq verib-vermədiyi bəlli deyil\”.

Qeyd edək ki, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.

Keçmiş BŞİH başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

İnterpress.az