Politoloq: “Koreya yarımadasında indiyə qədər görülməyən proseslər başlayıb”backend

Politoloq: “Koreya yarımadasında indiyə qədər görülməyən proseslər başlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KXDR və Cənubi Koreya Pxenyan sammitinin nəticələrinə əsasən hərbi sahədə razılaşma imzalayıblar.
Cənubi Koreyanın Hankuk universitetinin dosenti, politoloq Rövşən İbrahimovun sözlərinə görə, son 60 ildə bu iki ölkə arasında müharibə ehtimalı yüksək deyildi:

“Ölkələr bir-birinə etimad göstərmirdi. Ona görə də hər iki ölkədə silahlanma yüksək dərəcədə idi. Bu da ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir. Son bir ildə baş verənlər Koreya yarımadasında indiyə qədər görülməyən proseslərin başladığını göstərir. Hər iki ölkə siyasi iradə nümayiş etdirib, münasibətlərin normallaşdırılması üçün əlindən gələni edir. Düşünürəm ki, bundan sonra da görüşlər davam etdiriləcək. Bu da iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa zəmin yaradacaq”. (sputnik.az)

İnterpress.az