Dəmirov Etimad İsmayılovu öldürdükdən sonra mühafizəçilərin yanından BELƏ QAÇDI – ANBAAN VİDEObackend

Dəmirov Etimad İsmayılovu öldürdükdən sonra mühafizəçilərin yanından BELƏ QAÇDI – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 20-nə keçən gecə İstanbulun Florya adlanan ərazisindəki ofisində “Ədalət” partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu Etimad İsmayılovu güllələyərək qətlə yetirən Gözəl Dəmirovun hadisə yerindən necə uzaqlaşması kameralara düşüb.

İnterpress.az Publika.az-a istinadla xəbər verir ki, Türkiyə mediası G.Dəmirovun hadisə yerinə gələn insanların arxasından necə keçib getməsini əks etdirən görüntüləri yayıb.

Qeyd edək ki, məlum qətldən 3 saat sonra keçmiş polis polkovniki və biznesmen olan Gözəl Dəmirov Beşiktaşdakı Etiler məhəlləsində sürücüsü ilə birgə tutulub. O, E.İsmayılovu dəyəri 4 milyon lirə olan şirkət səhmlərinə görə qətlə yetirdiyini etiraf edib.

Onu da qeyd edək ki, qətlə yetirilən E.İsmayılov tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi. Onların İlyas adında 4 yaşlı oğlu var.

İnterpress.az