Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Sizi sevgilinizlə ayıran “cin”lərlə necə baş etməli?

Gənclərin bəlası: “mən niyə zəng edirəm, o etsin”

Dərc edilib: 21 sentyabr 2018 [11:25]
Baxış sayı: 28398

İnsanlar sosiallaşsa da, real həyatda münasibət qurmaq, o münasibəti davam etdirmək gənclərin aktual probleminə çevrilib. "Nəsə olur və mən nə olduğunu bilmirəm, lakin münasibətim bitir”, "Münasibətə başlaya bilmirəm”, "Bəzən hər şey yolunda gedir, lakin anidən baxıram ki, münasibətimin altı üstünə gəlib və bitib” kimi suallarla psixoloqlara müraciət edənlərin sayı getdikcə artır. Bəziləri uçun bu vəziyyət kəskin ruh düşkünlüyinə, depressiyaya yol açır. Bir qisim insanlar isə bu ruh halını qeyri-real qüvvələrə bağlayır, özləninin arzulamadığı duruma düşmələrini, istəmədiyi addımları atmalarını "cinlərim gəlmişdi” ifadəsi ilə izah etməyə çalışırlar

Bəs bu halın, gənclərin "cin”lərinin tibbi adı nədir?

Türkiyənin uzman psixoloqu Özləm Ataoğlu bununla bağlı maraqlı yazı ilə çıxış edib.

İnterpress.az həmin yazını təqdim edir:

Həmin ruh halı gəldikdə yaşadığımız ilk hiss rəddedilmə qorxusu olur. Bu, əlbəttə quracağımız münasibətləri kasadlaşdıran, bizi hərəkətə keçməyə qoymayan, rədd edildikdə daxildən bizi cəzalandıracaq bir səs eşidilməsindən qaynaqlanan qorxudur ki, həm də irəli getməyimizə mane olur.

"Yox cavabı alıb, özünü biabır edəcəyinə, otur oturduğun yerdə” deyən bu səs bizim bəlkə də həyatımızın fürsətlərini qaçırmağımıza səbəb olub. Bu, həm də özüylə sonrakı peşmançılıq hissini də gətirir.

Digər səbəb isə hövsələsiz davranmağımızdır. Bu, adətən şübhə duyğusu ilə müşayiət olunur. Qarşımızdakı şəxslə münasibətlərin dərinliyi yaşamaq yerinə, onun niyyətini anlamağa çalışırıq, nişan alıb hər an tətiyi çəkməyə hazır vəziyyətdə yaşayırıq.

Onun düşüncələri gözləntilərimiz və istəklərimizlə uyğun gəlmirsə, bəri başdan söyləməsini istəyirik, vəziyyət də budursa münasibətə başlamamağı seçirik. Halbuki münasibət müddətində qarşı tərəfin fikirləri, düşüncələri dəyişə bilər. Bu vəziyyətdə səbirsizlik qorxuyla paralel olur – rədd edilməkdən, tərk edilməkdən, yaxud münasibətin bitməsindən qorxuruq.

Belə olduqda insan münasibəti planlı yaşamağa başlayır. Onu nə qədər istədiyimizi gizlətmək, o zəng etmədən ona zəng etməmək, görüşə kimi özümüzü ələ verməmək... Bunların hamısı "münasibət kodları”na görə bizim əleyhimizə işləyir. Halbuki dürüst rəftar bizim həqiqi və gözəl bir münasibət qurmağımıza kömək edə bilər.

Münasibətlərin təməlində bir şey dayanır: hər şeyi qəlizləşdirməmək, duyğularımızın məsuliyyətini dərk edib kontrol hissini boş buraxmaq, yaşanacaq hər cür ssenarinin mümkünlüyünü və qəbul etməyin o qədər də çətin olmadığını dərk etmək, bu məsələdə qarşı tərəflə həmfikir olmaq və anı yaşamaq. Ancaq və ancaq bunun sayəsində düzgün münasibət qura və onu davam etdirə bilərsiniz. (medicina.az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201