Hacıbəy Heydərli: “Paşinyanın məsuliyyətsiz və yalan bəyanatlarını tirajlamaq yolverilməzdir”backend

Hacıbəy Heydərli: “Paşinyanın məsuliyyətsiz və yalan bəyanatlarını tirajlamaq yolverilməzdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu sözləri Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

O bildirib ki, xəbər saytları və “facebook”, “instagram” səhifələrinin adminləri, “youtube” kanallarının sahibləri düşmən mətbuatına istinad edərkən diqqətli olmalıdır: “Bəzi saytlar, sosial şəbəkə adminləri çox “like” yığmaq, ziyarətçi toplamaq və ya kimlərinsə xoşuna gəlmək məqsədilə düşmən mediasında yayılan, erməni təbliğatına hesablanmış xəbərləri, məlumatları tirajlayır. Çox təəssüf ki, Azərbaycan ictimaiyyəti də bu məlumatlara inanır və düşmən dəyirmanına su tökür. Düşünürəm ki, bunu etmək ilk növbədə qeyri-etikdir. Azərbaycan mediası, sosial şəbəkələr bu məsələlərdə çox diqqətli olmalıdır”.

Baş redaktor bildirib ki, bəzi saytlar şəhid xəbərlərini belə düşmən mediasına istinadən yayımlayır: “Bu məsələlərdə ilk və ən dəqiq mənbə Azərbaycanın Müdafiə Nazirliyi olmalıdır. Ordumuzla bağlı yayılan hər hansı yanlış məlumat, şayə birbaşa düşmən maraqlarına xidmət edir. Bugünlərdə Ermənistan mətbuatı 3 əsgərimizin öldürüldüyünü yazmış, bəzi saytlar da onlara istinad etmişdi. Ancaq sonradan məlum oldu ki, bu Nikol Paşinyanın növbəti yalançı açıqlamasıdır. Ermənistan prezidenti xalq içində itmiş nüfuzunu bərpa etmək üçün belə ucuz yollara əl atır, bizim bəzi media orqanları da buna alət olur”.

Hacıbəy Heydərli Avropada yaşayan və Azərbaycana düşmən münasibətdə olan bəzi həmyerlilərimizə də səslənib: “Avropada yaşayan və oradakı himayədarlarına xoş gəlmək istəyən bəzi həmyerlilərimiz bəh-bəhlə Paşinyanın açıqlamalarını yayır, onu bizim cəmiyyətə, bizim dövlətə nümunə göstərir. Bu adamlar Azərbaycan əleyinə istənilən şəxslə müttəfiq olmağa hazırdılar. Bütün günü azad mediadan, söz azadlığından danışan bu şəxslər nədənsə
Ermənistanda gizli yazılan telefon danışığı haqqında məlumatı ilk yayanlardan biri olmuş “Yerevan.today” saytının redaksiyasında və baş redaktorun yaşadığı evdə axtarış aparılmasına göz yumur. Bu adamların məqsədi yalnız və yalnız Azərbaycan dövlətini aşağılamağa cəhd etməkdir. Ancaq cəmiyyətimiz hər zaman ağı-qaradan fərqləndirməyi bacarıb və həmin şəxslərə layiq olduğu yeri göstərib”.

İnterpress.az