Dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşibbackend

Dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşib.

Qadınlar arasında 57 kiloqram çəki dərəcəsində finalda Nekoda Smite-Davisə (Böyük Britaniya) qalib gələn Tsukasa Yoşida (Yaponiya) dünya çempionu olub.

Kişilər arasında 73 kiloqram çəki dərəcəsində finalda yaponiyalı Soiçi Haşimoto və Koreya Respublikasının cüdoçusu Çanqrim An üz-üzə gəliblər. Görüş koreyalı idmançının qələbəsi ilə yekunlaşıb.

Bu çəki dərəcəsində Azərbaycanı təmsil edən Hidayət Heydərov Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gələrək bürünc medal qazanıb.

Qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.

Bu çempionatda bürünc medal qazanan Hidayət Heydərov 2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olub. O, 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. 2017-ci ildə \”Bakı-2017\” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub, həmçinin Avropa çempionu adını qazanaraq qitənin \”Ən yaxşı gənc cüdoçu\”su xüsusi mükafatına da layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri bu gün yarımfinal qarşılaşmasını izləyiblər.

İnterpress.az