Yerevan Ağsaqqallar Şurasına seçkilərdən əvvəl “sükut günüdür”backend

Yerevan Ağsaqqallar Şurasına seçkilərdən əvvəl “sükut günüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Seçki Məcəlləsinə əsasən, sentyabrın 22-də yerli vaxtla saat 24:00-dan sentyabrın 10-dan başlanmış seçkiqabağı təşviqat kampaniyası üçün ayrılmış müddət bitir, hər hansı seçkiqabağı təşviqat aparmaq və mitinq keçirmək qadağandır.

Səsvermə üçün seçki məntəqələri sentyabrın 23-də saat 8:00-dan saat 20:00-dək açıq olacaq.

Seçicilər siyahısına görə, səsvermədə 850 124 nəfər iştirak edə bilər.

65 üzvdən ibarət Yerevan Ağsaqqallar Şurasına seçkilərdə 50 faizdən çox səs qazanan siyasi qüvvənin siyahısına başçılıq edən namizəd Yerevan bələdiyyə başçısı vəzifəsinə seçilmiş hesab edilir.

Əgər namizəd Yerevan meri vəzifəsi üçün tələblərə cavab vermir, vəzifədən imtina edir yaxud heç bir siyasi qüvvə səslərin 50 faizini əldə edə bilmirsə, mer Ağsaqqallar Şurası üzvlərinin gizli səsverməsi nəticəsində seçilir.

Yerevan meri vəzifəsi iyulun 9-dan sonra sabiq bələdiyyə başçısı Taron Marqaryan korrupsiya qalmaqalı ilə bağlı istefa verdikdən sonra boş qalıb.

Paytaxt Ağsaqqallar Şurası mandatları üçün mübarizədə iştirak etmək üçün Ermənistan Mərkəzi Seçki Komissiyasında 12 siyasi qüvvə qeydə alınıb.

Baş nazir Nikol Paşinyanın himayə etdiyi \”Mənim addımım\” seçki blokunun siyahısına aktyor, prodüser Hayk Marutyan başçılıq edir.

Yerli oliqarx hesab edilən, millət vəkili Qaqik Tsarukyanın rəhbərlik etdiyi Firavan Ermənistan Partiyası siyahısının birinci nömrəsi partiya siyasi şurasının katibi Naira Zohrabyandır.

Baş nazir Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası ilə \”Yelk\” (\”Çıxış\”) parlament fraksiyasında təmsil olunan Maariflənmiş Ermənistan Partiyası bələdiyyə seçkilərində \”Nur\” adlı ayrıca seçki bloku ilə iştirak edir. Blokun siyahısına ədliyyə naziri Artak Zeynalyan başçılıq edir.

Bu qüvvələrdən başqa seçkilərdə sabiq Ermənistan XİN başçısı Raffi Hovhannisyanın başçılıq etdiyi \”İrs\” bloku, Daşnaksutyun Erməni İnqilabi Federasiyası, Qanunçuluq Ölkəsi Partiyası və daha bir neçə ictimaiyyətə az tanış olan seçki blokları iştirak edir.(bbc)

İnterpress.az