Ekspert iqtisadiyyatda rəqabət qabiliyyətinin artırılması üçün şərtləri açıqladıbackend

Ekspert iqtisadiyyatda rəqabət qabiliyyətinin artırılması üçün şərtləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimovun sözlərinə görə, qeyri-neft sektorunda rəqabətqabiliyyətinin artırılması üçün dörd istiqamətdə işlər görülməlidir: “İlk növbədə bazarda satışa çıxarılan məhsulların həcmi artırılmalı, keyfiyyəti yüksəldilməli, xərclər azaldılmalı və benchmarkinqə diqqət yetirilməlidir. Bu gün ölkəmizdə qeyri-neft sektoruna böyük diqqət yetirilir. Bunu nəzərə alaraq demək olar ki, bu gün məhsul istehsalının artırılmasında müsbət nəticələr əldə olunub. Yeni texnologiyaların tətbiq olunması da qeyri-neft sektorunun inkiaşfında xüsusi rol oynayır”. (sputnik.az)

İnterpress.az