Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Piylənmə bəşəriyyətin bəlasına çevrilir

Artıq çəki ürək problemləri, təzyiq, şəkərli diabet və s. xəstəliklərin də yaranmasına səbəb olur

Dərc edilib: 25 sentyabr 2018 [11:21]
Baxış sayı: 12769

Xərçəng Araşdırmaları Təşkilatı tərəfindən aparılan araşdırmaya görə, piylənmə qadınlarda xərçəngə səbəb olan ilk səbəbdir. İnterpress.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, hazırda bu reytinqə siqaret çəkmə liderlik edir.

Ekspertlərin hesablamalarına görə, Böyük Britaniyada 17 il ərzində artıq çəki 23000 xərçəng faktına (9 faiz), siqaret çəkmə isə 25000 fakta (10 faiz) səbəb olub. Əgər bu tendensiya 2043-cü ilə qədər davam etsə, piylənmə qurbanlarının sayı siqaret çəkənlərdən çox olacaq.

Kişilərə gəldikdə isə onlar daha çox siqaret çəkirlər və bu rəqəmlər onlar üçün fərqlidir. Ekspertlərin fikrincə, kişilər arasında piylənmədən xərçəngə yoluxanların siqaretdən xərçəngə yoluxanları üstəıləməsi daha gec olacaq.

Həmçinin qeyd edilib ki, artıq çəki qadınlar üçün daha zərərlidir. Artıq çəki ilə əlaqəli ən çox yayılmış xərçəng növləri süd vəzisi xərçəngi və uşaqlıq xərçəngidir.

Ümumiyyətlə, artıq çəki mədə, bağırsaq və böyrək xərçəngi də daxil olmaqla, 13 növ müxtəlif bədxassəli şişlərin yaranmasına səbəb olur. Böyük Britaniyada hər 7 nəfərdən biri artıq çəkili olduğu üçün xərçəng xəsətliyindən əziyyət çəkir və bu da geniş miqyaslı profilaktik kampaniyalara ehtiyacın olduğunu göstərir.

Uşaqlarda artıq çəkiyə xüsusi diqqət yetirmək lazımdır. Çünki bir çox hallarda onlar bu problemi özləri ilə ömür boyu daşıyırlar.

Ekspertlər qeyd edirlər ki, siqaret çəkməklə mübarizə məqsədilə verilən səylər öz nəticələrini verib. Hazırda isə piylənmə ilə mübarizə aparmaq lazımdır.

Qeyd edək ki, artıq çəki ürək problemləri, təzyiq, şəkərli diabet və s. xəstəliklərin də yaranmasına səbəb olur.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 208