Yeməkdən sonra bunlar olmaz imiş…backend

Yeməkdən sonra bunlar olmaz imiş…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yemək yedikdən sonra yatmaq olmaz, çimmək olmaz və s. bu kimi xəbərdarlıqları çox eşitmişik.
İnterpress.az xəbər verir kii, bir zamanlar böyüklərin bizə məsləhət gördüyü olmazların elmlə sübut edilə bilən səbəbləri varmış.

Yemək yedikdən sonra yatmaq həzm sisteminin yetərincə işləməməsinə, bağırsaq iltihablanmasına və mədə pozulmasına gətirib çıxarır. Eyni zamanda yemək yedikdən sonra yatmaq kilo artımına səbəb olur.

Yemək yedikdən sonra çimmək olmaz. Çünki yeməkdən sonra qəbul edilən duş qan təzyiqini əl və ayaqlara doğru artırır. Həzm sistemi üçün də zərərlidir.

Yemək yedikdən sonra piyada gəzmək də zərərli imiş. Belə ki, yemək yeyən kimi piyada uzun yol qət etmək yediyiniz yeməyin faydasının qalmamasına gətirib çıxarır. Yemək yedikdən 1 saat sonra piyada gəzmək olar.

Yemək yedikdən sonra kəmərinizi açmayın. Yeməkdən sonra kəməri boşaltmaq bağırsaq düyünlənməsinə səbəb ola bilər.

Yemək yedikdən sonra çay içmək də orqanizm üçün təhlükəlidir. Yeməkdən sonra içilən çay qidalarınızla qəbul etdiyiniz dəmir mineralının bədən tərəfindən istifadə edilməsini məhdudlaşdırır.

Yeməkdən sonra meyvə də yemək olmazmış.

Yeməkdən sonra siqaret çəkmək də orqanizm üçün xüsusi təhlükə deməkmiş. Belə ki, yeməkdən sonra çəkilən bir siqaret 10 siqaretə bərabər hesab edilir. Və bu da xərçəngə yoluxma riskini artırır. ((Sputnik Az)

İnterpress.az