Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Hadisə və bacıları haqqında ŞOK İDDİALAR

Xəbər verdiyimiz kimi, məşhur müğənni Hadisə anasının intiharından sonra bacıları ilə əməkdaşlıq etməyə son vermişdi.

Dərc edilib: 26 sentyabr 2018 [12:13]
Baxış sayı: 12314

Müğənninin menecerliyi və maliyyə işlərinə nəzarət edən bacısı Hülya Açıkgözün adından istifadə edərək pul qazandığı ittihamı ilə məhkəməyə verdiyi deyilmişdi.

İnterpress.az xəbər verir ki, Hadisənin maliyyə işləri ilə məşğul olan bacısı Hülya Açıkgöz “Acunn Media” başda olmaqla konsertlər, mebel və daha başqa layihələrdən əldə edilən 12 milyon TL-ni mənimsədiyi iddia edilib.

Məlum olub ki, stilist bacısı Dərya Açıkgözlə çalışmaqdan da imtina edən popçu qarderobunu yeniləyib. Bu günə qədər səhnədə bacısının libaslarını geyinən müğənni qarderobunu tamamilə yeniləyib. Türk mətbuatının yazdığına əsasən Hadisə bu ayın əvvəlində bir dəvət üçün getdiyi İtaliyada dünyaca məşhur mağazalardan çoxlu paltar alıb.

İstanbulun məşhur ticarət mərkəzinə də gedən ifaçı “Valentino”, “Balmain” və “Gucci” kimi markalardan səhnə və münsif üzvlüyünü üzərinə götürdüyü “O Səs Türkiyə” müsabiqəsi üçün paltar, çəkmə və ayaqqabı alıb. Dünya şöhrətli brendlərdən alış-veriş edən müğənninin ümumilikdə 500 min lirə xərclədiyi deyilir.

Xatırladaq ki, keçən ay Hadisənin anası vida məktubu yazaraq intihara cəhd etmişdi. Gülnihal qızlarının aralarındakı pul məsələlərindən və mübahisələrdən bezdiyini yazaraq onları layiqli övlad ola bilməməkdə ittiham etmişdi. (publika.az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 100