Azərbaycan kosmosa 190 milyon dollarlıq peyk buraxıbbackend

Azərbaycan kosmosa 190 milyon dollarlıq peyk buraxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxlan peyk sentyabrın 26-na keçən gecə saat 2:38 radələrində orbitə qalxıb.

\”Azərkosmos\” bildirir ki, peykin dəyəri 190 milyon dollarıdır. Peykin Azərbaycan iqtisadiyyatına 400 milyon dolları gəlir gətirəcəyi proqnozlaşdırılır, qurum deyir.

\”Azerspace-2\” peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək.

Azərbaycanın peyki barədə suallar
Televizor, mobil telefon, soyuducu – Azərbaycanda \”hər evdə var\”
Azərbaycan 2013-cü ilin 8 fevralında kosmosa Azerspace-1/Afrikasat-1a adlı ilk süni peykini buraxıb.

Yeni peyk birinci telekommunikasiya peyki – \”Azerspace-1\” peykinin orbitdəki ehtiyatı olacaq, qurumun məlumatında deyilir.

\”Azərkosmos\” bildirir ki, dəyəri 233 milyon dolları olan və beş ildir ki, fəaliyyət göstərən \”Azerspace-1\” peykinin gəlirlərinin 80 faizi, dəyəri 157 milyon avro olan \”Azersky\” peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır.

\”Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək\”, qurum deyir.

Məlumata görə, \”Azerspace-2\” peyki hələ orbitə buraxılmamış onun tutumlarının 46 faizi artıq dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan \”İntelsat\” şirkətinə satılıb.

\”Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır\”, qurum bildirir.

Rabitə peykinə nəzarət hüququ 2010-cu ilin mayında yaradılan və səhmləri dövlətdə olan “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.

Bu milli operator Cənubi Qafqazda ilk peyk operatoru olmaqla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyindədir. (bbc)

Azərbaycan kosmosa 190 milyon dollarlıq peyk buraxıb

İnterpress.az