Rəqsanə erkən doğuş diaqnozuyla xəstəxanaya yerləşdirildibackend

Rəqsanə erkən doğuş diaqnozuyla xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə müğənninin İnstaqramda fəaliyyət göstərən fan səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, həkimlər ona erkən doğuş diaqnozu qoyublar.

Türkiyədə doğmağı planlaşdıran sənətçinin vəziyyəti o qədər təhlükəlidir ki, həkimlər hətta ona ayağa qalxmağı belə qadağan edib:
\”Ana bətnində olan su qurtarıb. Bu səbəbdən həkimlər dedi ki, erkən doğuş olacaq. 7 gün ərzində uşaqlar ana bətnindən çıxarılmalıdır. Hazırda məni yataq rejimində xəstəxanada saxlayırlar. Ayağa durmağa icazə vermirlər. Əslində dekabr ayında doğuş olmalı idi. Uşaqlarımın Türkiyədə anadan olmasını istəyirdim. Bunun üçün bütün işləri də görmüşdük. Amma belə vəziyyətdə təyyarəyə minməyə icazə verilmir\”.

Qeyd edək ki, Rəqsanə hamiləliyinin 7-ci ayındadır. (ölkə.az)

İnterpress.az