Bu gün AVRO-2024-ə ev sahibliyi edəcək ölkənin adı açıqlanacaqbackend

Bu gün AVRO-2024-ə ev sahibliyi edəcək ölkənin adı açıqlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bununla bağlı qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan ediləcək. Qurumun prezidenti Aleksandr Çeferin qalibin adını Bakı vaxtı ilə saat 16:45-dən sonra təşkil olunacaq brifinqdə açıqlayacaq.

AVRO-2024-ə ev sahibliyi etmək üçün iki ölkə – Türkiyə və Almaniya namizədliyini verib. Artıq bu ölkələr Avropa çempionatının oyunlarının keçirilməsi üçün şəhər və stadionları da açıqlayıblar. Almaniya “onluğ”a Berlin (\”Olimpiaştadion\”, 70,033 nəfərlik), Köln (\”Köln\” stadionu, 46,922), Dortmund (\”BVB Stadion\”, 61,524), Düsseldorf (\”Düsseldorf Arena\”, 46,264), Frankfurt (\”Frankfurt Stadion\”, 48,057), Gelzenkirhen (\”Arena AufSchalke\”, 49,471), Hamburq (\”Hamburq Arena\”, 50,215), Leyptsiq (\”RB Arena\”, 46,635), Münhen (\”Münhen Futbol Arenası\”, 66,026) və Ştutqartı (\”Ştutqart Arena\”, 50,998) daxil edib.

Türkiyənin sifariş vərəqində isə 9 şəhərdə yerləşən 10 arena – Ankara (\”Ankara Stadium\”, 62,332), Antalya (\”Antalya Stadium\”, 41,349), Bursa (Bursa stadionu, 42,985), Eskişehir (Eskişehir stadionu, 32,204), Qaziantep (Qaziantep stadionu, 33,884), İstanbul (İstanbul Atatürk Olimpiya stadionu, 85,718 və \”Ali Sami Yen\” İdman Kompleksi, 50,178), Kocaeli (Kocaeli stadionu, 32,204), Konya (\”Konya Büyükşehir Belediye\” stadionu, 36,193) və Trabzon (Şenol Güneş İdman Kompleksi,40,735) yer alıb. (report)

İnterpress.az