Otello sindromu – Qısqanclıq da xəstəlik imişbackend

Otello sindromu – Qısqanclıq da xəstəlik imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşadığımız dövrdə cinayətlərin əksəri qısqanclıq ucbatından olur.

İnterpress.az AzNews.az-a istinadən Otello sindromunun əlamətlərini təqdim edir:

Hər şeydən və hərkəsdən qısqanmaq

Bu şəxslər səs tonundaki fərqlilikdən, bir telefon danışığından belə aldadıldığını düşünürlər. Buna görə də hər dəfə sevgililərinin telefonlarını yoxlamağa çalışırlar. Həd dəqiqə sevgilisinə zəng edir, sevgilisi telefonu açmaqdıqda isə onu aldatdığı ilə bağlı beynindən min ssenari keçir.

Məhdudlaşdırmaq

Bu şəxslər sevgililərinin onlardan ayrı harasa getməyinə qarşı çıxır. Sosial şəbəkə hesablarına və hətta dost çevrəsinə belə qarışır. Çox vaxt sevgililərinin evdən çıxmasına mane olur, dostları ilə görüşməsinə icazə vermir.

Aldadılmaqdan qorxmaq

Aldadılmaqdan həddindən çox qorxduqları üçüqn hər dəqiqə aldadılığını düşünür. Aldadıldığını hiss etdiyi zaman sevgilisinin gününü qara eləyir.

Hər şeydən şübhələnmək

Bu şəxslər bəsit birşeydən belə şübhələnə, aldadıldıqlarını düşünə bilirlər. Evdə pərdə açıqdırsa sevgilisinin ona xəyanət etdiyini, həyətdə başqa birinə baxdığını düşünür.

Sindromunun səbəbi nədir?

Aparılan araşdırmalar beyninin sağ yarımkürəsinin düzgün işləməməsinin Otello sindromuna səbəb ola biləcəyini göstərir. Sevgilisinin onu aldatdığını düşünən bu şəxslər onu sübut etməyə çalışar, edə bilmədiyi müddətcə də rahatlaşmırlar.

Bu xəstəliyin müalicəsi üçün ilk tövsiyyə psixoloqa müraciət etməkdir.

İnterpress.az