Ofisdən kənarda çalışanlar iş yerinə daha çox fayda verir?backend

Ofisdən kənarda çalışanlar iş yerinə daha çox fayda verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ofisdən kənarda çalışmağın bir çox faydaları var. Rahat iş saatları, işə gedib-gəlmə dərdinin olmaması və necə çalışdığınızı özünüzün müəyyənləşdirməniz. Bu, həmin avantajlardan sadəcə bir neçəsidir.

Amma ofisdən kənarda çalışan hər bir insandan eşidəcəyiniz kimi, bu işin önəmli çətinlikləri də var. Həyata keçirilən müxtəlif araşdırmaların göstərdiyinə görə, izolyasiya və yalnızlıq ən böyük şikayətlər arasında yer alır. Uzaqdan çalışmaq bir ofisdə çalışmağın təmin etdiyi sosial üstünlüklərdən və insan faktorundan məhrum qalmaq deməkdir.

Amerikanın keçmiş səhiyyə dairəsi rəhbəri Vivek Mörtiyə görə, uzaqdan işləyənlərin və müstəqil “iş iqtisadiyyatı” işçilərinin sayı getdikcə artır və bu, böyüyən “yalnızlıq epidemiyası”nın əsas səbəblərindən biridir. Mörti eyni zamanda yalnızlığın sosial bir problemdən çox daha artıq bir bəla olduğuna işarə edir. Yalnızlıq eyni zamanda “bir gündə 15 siqaret çəkməyə bənzər səviyyədə nəticələri olan və hətta obezitenin səbəb olacağından daha çoxuna səbəb olacaq” bir sağlamlıq problemidir.

Ortaq çalışma sahələri ilə bağlı aparılan araşdırmalar nəticəsində qurumlar uzaqdan çalışanların izolyasiya və yalnızlığa məhkum olduqlarını ortaya çıxarıb. Rəyi soruşulanların 87 faizi bildirib ki, sosial səbəblərə görə digər üzvlərlə tanış olurlar. 54 faiz isə işdən sonra və ya həftə sonlarında digər iş yoldaşları ilə sosiallaşdıqlarını deyirlər.

Respondentlərin 79 faizi ortaq iş sahəsində çalışmağın sosial münasibətləri gücləndirdiyini deyib. 83 faiz isə bir ortaq iş sahəsinə qatıldıqlarından bəri daha xoşbəxt olduqlarını deyiblər. 82 faiz bir ortaq çalışma sahəsində çalışmanın professional münasibətləri gücləndirdiyini deyib. 80 faiz isə hansısa mövzuda yardım və ya rəhbərliyə ehtiyac duyduqları zaman eyni aurada çalışdıqları dostlarına müraciət ediblər. 64 faiz ortaq iş sahəsində qaynaşmanın önəmli bir iş və referans qaynağı olduğunu deyib.

Digər araşdırmalar da bu tezisləri təsdiqləyib. Məsələn, Miçiqan Universitetindəki araşdırmaçılar ortaq iş sahəsindəki üzvlərin ənənəvi işçilərə görə çox daha yüksək bir uğur nəticəsi göstərdiyini müəyyən edib. Həyata keçirilən araşdırmaya görə, bu durum qismən ortaq iş sahələri üzvlərinin sosiallaşması və digər üzvlərlə ortaq fəaliyyət göstərmələri üçün ideal fürsətdir.

İşçilərinin uzaqdan çalışmasına icazə vermək və onların ortaq çalışma sahəsində çalışması üçün ödəmə etmək şirkətlərə bir çox fayda verər. Ortaq çalışma sahələri; uzaqdan işləməyin səbəb olduğu yalnızlığı azaltmaqla yanaşı, mükəmməl bir iş və texnoloji baza, güclü networking fürsətləri və novator şirkətlərə, məhsullara və xidmətlərə təmas etməyi təmin edər.

Şirkətlər daha xoşbəxt, daha işinə hədəfli və məhsuldar işçilərə sahib olmanın faydasını görürlər.

Müstəqil işçilər də ortaq çalışma sahələrində işləməyi düşünməlidir. Bu sahələrin sosial tərəflərindən şirkət işçilərinə görə daha çox faydalanırlar və peşəkar networking fürsətlərininin yeni işləri inkişaf etdirməyə yardımçı olduğunu görürlər.

İnsanlar başqa insanlarla bir arada olmaqdan xoşlanan sosial varlıqlardır və uzaqdan çalışma texnologiyasındakı irəliləyişə baxmayaraq, bu, dəyişməyəcək. Ortaq çalışma sahələrinin öncülləri bunu fərq etdi və özündə sosial aktivlikləri ehtiva edən cəmiyyətlər yaratmağa başladı. Bu qabaqcıllardan biri olan Ortaq Çalışma Sahəsi Indy Hall’dan Alex Hillman, bu durumu belə izah edib: “Bu, bir iş çalışma sahəsi industriyası deyil, bu, bir xoşbəxtlik industriyasıdır”. (musavat.com)

İnterpress.az