Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Xoşqədəm Zaur və Tünzaləyə söz atdı: "Heç kim burada məndən ev istəməyib"

Əməkdar artist Tünzalə Əliyevanın "Bizimləsən" verilişində insanlardan kömək üçün pul yığması son günlər ən çox tənqid edilən mövzu olub.

Dərc edilib: 28 sentyabr 2018 [12:31]
Baxış sayı: 7546

Xərçəngdən əziyyət çəkən aktrisanın evinin kreditini ödəyə bilmədiyi və onun üçün pul yığdığı bildirilib. İnsanlar Tünzaləni xəstəliyindən istifadə edib pul yığmaqda qınayıblar.

Aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" proqramında aktrisaya söz atıb. O, əməkdar artist Baloğlan Əşrəfovun xəstəliyini xatırlayaraq bunları deyib:

"Baloğlan Əşrəfov əməliyyata gedəndə bilindi ki, o, xəstədir. Biz onun bir yalvarışını, göz yaşını görmədik. Dedi ki, əgər mən komaya düşməsəydim, köməyi də qəbul etməzdim.

Bura gələnlər xəstəlikdən əziyyət çəkir. Onların bizdən başqa üz tutacağı adamlar yoxdur. Hələ bir adam gəlib deməyib mənə ev verin. Əsas can sağlığıdır. Deyirlər ki, canım sağ olsun, başqa heç nə istəmirəm. Ona görə də hər zaman bu cür insanlara kömək lazımdır. Xoşqədəmə nəsə olsa, tanınan insandır ona biri kömək edəcək. Ona görə də, ehtiyacı olanların xəstəliyini işıqlandırmaq lazımdır". (axşam.az)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 122