Azərbaycan şahmatçıları Ermənistan yığmasını məğlub etdilərbackend

Azərbaycan şahmatçıları Ermənistan yığmasını məğlub etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb – 2,5:1,5.

Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.

V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

Ermənistan – Azərbaycan – 1,5:2,5

Levon Aronyan – Şəhriyar Məmmədyarov – 0:1

Qabriel Sargissyan – Teymur Rəcəbov 0 :1

Qrant Melkumyan – Arkadi Naydiç – 1:0

Hayk Martirosyan – Rauf Məmmədov – 0,5 – 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.

İnterpress.az