Bakıda “Mübarizlər” yarışı keçirilirbackend

Bakıda “Mübarizlər” yarışı keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 29-da yarışın açılış mərasimində çıxış edən “Mübarizlər” layihəsinin rəhbəri Elvin İsmayılov turnir haqqında məlumat verib. Bildirilib ki, üçüncü dəfədir Azərbaycanda təşkil edilən beynəlxalq \”Mübarizlər\” yarışında 35 komanda, minə yaxın iştirakçı qeydiyyatdan keçib.

Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışan layihə rəhbəri deyib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın idmana göstərdikləri yüksək diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə il ərzində bir neçə beynəlxalq idman tədbiri keçirilib.

“Mübarizlər” unikal və beynəlxalq statusa malik bir layihədir. Bu layihənin adı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı ilə bağlı olduğundan biz çox inanırıq ki, gənclərimizdə vətənpərvərliyə, onların milli ruhda tərbiyə olunmasına öz töhfəsini verəcək.

Sonra yarışa start verilib.

Böyük maraq doğuran “Mübarizlər” layihəsi ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını – çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur. Qaydalara əsasən, iştirakçılar yarış ərzində 5 kilometr uzunluğunda trası qət etməlidirlər. Daha sonra çempionat iştirakçıları uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayacaqlar.

Hər iki format üçün avtopark, idman və əyləncə fəaliyyəti təqdim edən fan-zona, konsert proqramı, duş kabinələri və soyunub-geyinmə otaqları var.

Hazırda maneəli yarışlar bütün dünyada məşhurlaşan fəaliyyətlərdən biridir. Yeni idman növünə çevrilən bu yarışlar artıq klassik idman növlərini geridə qoyur.

İnterpress.az