Şəxsiyyət vəsiqəsi haqda qanuna bu dəyişiklik ediləcəkbackend

Şəxsiyyət vəsiqəsi haqda qanuna bu dəyişiklik ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

İnterpress.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, dəyişikliyin mahiyyəti yeni nəsil şəxsiyyət vəsiqələrinə yerləşdirilən elektron daşıyıcıya (çipə) vətəndaşların əl-barmaq izlərinin daxil edilməsidir. Layihəyə əsasən 15 yaşı tamam olmamış vətəndaşlardan əl-barmaq izlərinin götürülməsi nəzərdə tutulmur.

Eyni zamanda, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar maddəsinə (Maddə 3) barmaq izləri sözü əlavə edilir.

İnterpress.az