Millimiz dünya çempionatında Rusiyaya uduzdubackend

Millimiz dünya çempionatında Rusiyaya uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, millimiz III tur çərçivəsində bu gün Rusiya yığması ilə qarşılaşıb.

Oyun rəqibin qələbəsi ilə başa çatıb – 3:0 (25:21, 25:21, 25:22).

Oyunun ən məhsuldar voleybolçusu millimizin üzvü Polina Rəhimova olub. O, 19 xal toplayıb.

Bu, Azərbaycan yığmasının dünya çempionatında ikinci məğlubiyyəti olub. Faiq Qarayevin baş məşqçi olduğu kollektiv ilk turda ABŞ-a da eyni hesabla uduzub. Ötən tur isə Cənubi Koreya üzərində qələbə qazanmaq mümkün olub – 3:1.

Bu qələbədən sonra xallarını səkkizə çatdıran Rusiya C qrupunda liderliyə yüksəlib. Azərbaycan isə üç xalla IV sıradadır. Qrupda turun digər matçlarında Trinidad və Tobaqo Tailandla, ABŞ Cənubi Koreya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi sabah Trinidad və Tobaqo ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 08:40-da başlayacaq. (oxu.az)

İnterpress.az