“Bakı-2019” Avroliqanın final matçı ilə bağlı müsabiqənin ilk qalibibackend

“Bakı-2019” Avroliqanın final matçı ilə bağlı müsabiqənin ilk qalibi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

56 klubun iştirak etdiyi nüfuzlu turnirin həlledici görüşündə gərgin mübarizədən qalib ayrılacaq yalnız iki komanda Bakı Olimpiya Stadionunda (BOS) üz-üzə gələcək.

Bu mötəbər yarışma ilə əlaqədar yaradılmış www.finalbaku2019.com saytında xüsusi layihəyə start verilib. Belə ki, Avropa Liqasının 2018/2019 mövsümü ərzində keçiriləcək oyunların düzgün tapılan nəticələrinin xal sistemi ilə keçirildiyi yarışmada 1000-dən çox iştirakçı qeydiyyatdan keçib. Yarışmanın əsas mükafat fondu 2000 AZN-dir.

Bundan əlavə, ümumi xal hesabında ilk yeri tutan hər ayın qalibinə isə milli yığma komandanın futbol geyimi və ya Avropa Liqasının rəsmi topu hədiyyə edilir.

26 sentyabr tarixində Yerli Əməliyyat Komitəsinin ofisində ilk ayın qalibi mükafatlandırılıb. 27 xalla hər kəsi qabaqlamağı bacaran Anar İsgəndərliyə Milli Yığma Komandanın futbol geyimi hədiyyə edilib.

Əgər siz də yarışda iştirak etmək istəyirsinizsə, www.finalbaku2019.com saytında “Hesabı tap” bölməsinə daxil olmaq, qeydiyyatdan keçmək və təxminlərinizi qeyd etmək kifayətdir.

“Bakı-2019” Avroliqanın final matçı ilə bağlı müsabiqənin ilk qalibi

İnterpress.az