Natavanla Tolik söz savaşına çıxdı: “Daşım ağır olub”backend

Natavanla Tolik söz savaşına çıxdı: “Daşım ağır olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tolik “Hər şey daxil” proqramına qonaq olan bioenergetikdən müğənni Natavan Həbibinin reper Dado Əliyevlə münasibəti haqda soruşub. Türkiyəli ekstrasens cütlüyün evliliklərinin saxta olmadığını deyərək \”Aralarında böyük sevgi yoxdur, kiçik hisslər var\” sözlərini əlavə edib.

Natavan sosial şəbəkədə Tolikin bu haqda paylaşımına “Bir detektiv tut, bizi araşdırsın” sözləri ilə cavab verib.

Prodüserin qarşı tərəfə cavabı gecikməyib. O, Natavana \”Elə adamdan soruşdum ki, sabah başqa söz deməsinlər. Allah xoşbəxt eləsin. İstəməyən kor olsun” cavabını ünvanlayıb.
Həbibi daha sonra öz səhifəsində daha bir paylaşım edərək, söz atıb:

“Daşım ağır olub. Birinə dəyəndə də bərk dəyir, bu da var”.

Tolik isə ona “Sən özün heç 50 kiloqram deyilsən, daşın da uzağı olsun 10 kiloqram. Amma mənim daşım 100 kiloya yaxındır” cavabını verib.

Natavan isə daha sonra “Sənlə bunları keçmişik. Heç aidiyyatı yoxdur. Sənə olan sözümü səhifəndə yazmışam” sözlərini deyərək, mübahisəyə son qoymağa çalışıb. (axşam.az)

Natavanla Tolik söz savaşına çıxdı: "Daşım ağır olub"

İnterpress.az