Makqreqor 100 milyon dollar qazanacaq – Nurməhəmmədovla döyüşə görəbackend

Makqreqor 100 milyon dollar qazanacaq – Nurməhəmmədovla döyüşə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor UFC-nin rusiyalı qalibi Həbib Nurməhəmmədovla döyüşdən 100 milyon dollar gəlir əldə edə bilər.

Bu barədə \”TMZ\” xəbər portalına UFC-nin prezidenti Deyna Uayt bildirib.

İrlandiyalının bu döyüşdən 100 milyon dollar qazana biləcəyi barədə suala cavabında UFC-nin prezidenti bildirib: \”Əlbəttə, qazana bilər, Makqreqorun \”PPV\” (pay-per-view sistemi üzrə yayım) göstəricilərinə diqqət yetirin. O, bütün zamanların ən böyük \”PPV\” göstəricilərinə sahib olan biridir\”.

Onun sözlərinə görə, irlandiyalının rusiyalıyla döyüşdən Meyvezer ilə döyüşdən qazandığından daha çox qazanma şansı var.

D.Uayt hesab edir ki, K.Makqreqor və H.Nurməhəmmədovun görüşünün \”pay-per-view\” sistemi üzrə yayımını 2,6-3 milyon dəfə alacaqlar.

Xatırladaq ki, 2017-ci il avqustun 27-si Las-Veqasda Konor Makqreqor və Floyd Meyvezer arasında boks qaydaları üzərində döyüş keçirilmişdi. Döyüşün 10-cu raundunda texniki nokautla F.Meyvezer qələbə qazanmışdı. Bu döyüşə görə F.Meyvezer 275 milyon dollar, K.Makqreqor isə 85 milyon dollar qazanmışdı. \”Showtime\” məlumatına əsasən, döyüşün \”pay-per-view\” sistemi üzrə yayımı 4,3 milyon dəfə alınmışdı.(trend.az)

İnterpress.az