Yaşlı kişini vurdu və qaçdı – Sürücü axtarışdadıbackend

Yaşlı kişini vurdu və qaçdı – Sürücü axtarışdadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 20:30 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Hələ ki, markası müəyyən edilməyən minik maşını yolla gedən 60 yaş civarında olan Abdurəhman adlı Muxax kənd sakinini vurub. Qəzadan sonra minik maşını hadisə yerindən uzaqlaşıb. Abdurəhman aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

İnterpress.az