Nar bayramı Moskvada qeyd edildibackend

Nar bayramı Moskvada qeyd edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq ötən ildən Moskvada qeyd edilməyə başlayan nar bayramı dünən Yekaterina bağında təşkil olunub.

Trədbirin təşkilatçısı Rusiya azərbaycanlılarının Federal milli-mədəni muxtariyyətidir.

Tədbir milli musiqi, rəqs nömrələri ilə daha da rəngarəng olub.

İştirakçılara nar və nar məhsulları ilə yanaşı, içinə nar əlavə olunmuş ləzzətli milli mətbəx nümunələri təqdim olunub. Bu maraqlı bayrama qatılanlar plov, qutab, kabab, cız-bız kimi yeməklərə də qonaq olublar.

Sirk ustaları və sehrbazların iştirakı isə tədbiri daha da maraqlı edib.

Qeyd edək ki, Azərbaycanda hər il nar festivalı keçirilir.(trend.az)

İnterpress.az