Faiq Qarayevin halı pisləşib – Yaponiyadabackend

Faiq Qarayevin halı pisləşib – Yaponiyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayevin Yaponiyada keçirilən dünya çempionatı zamanı səhhətində problem yaranıb.

Təcrübəli mütəxəssisin İtaliyaya 0:3 uduzduqları görüşün gedişində halı pisləşib və o, arenanı tərk etməyə məhkum olub. Onu oyunda köməkçisi əvəzləyib.
Əldə etdiyimiz son məlumata görə, o hazırda həkim nəzarəti altındadır. Faiq Qarayevin millimizi Çinlə bugünkü oyuna çıxarıb-çıxarmayacağı dəqiq bilinmir.

Qeyd edək ki, Faiq Qarayev eyni zamanda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidentidir. (Oxu.Az)

İnterpress.az