“Lotu Quli”-nin saxlanma səbəbi məlum oldubackend

“Lotu Quli”-nin saxlanma səbəbi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, avtoritetin saxlanmasi ilə bağlı bəzi detallar məlum olub. Belə ki, Azərbaycan və Rusiyada adı bir çox cinayət işində hallanan Lotu Quli 2016-cı ilin avqust ayında Rövşən Lənkəranskinin (Caniyev) öldürülməsi üçün sifaris verməkdə təqsirləndirilir.

O həmçinin Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. Onun əsasən rusiyalı iş adamlarından vəsait topladığı bildirilir. Türkiyədə müvəqqəti olaraq saxlanılan Səlifovun dindirilməsi zamanı Lənkəranskinin cinayətindəki gizli detalların ortaya çıxacağı gözlənilir.

Lotu Qulinin istintaqı yekunlaşdıqdan sonra Azərbaycana ekstradisiya ediləcəyi deyilir.

Xatırladaq ki, 2016-cı ilin 18 avqust tarixində Caniyev İstanbul otellərinin birinin restoranında dəstəsinin üzvləri ilə görüş keçirib. Qanuni oğrunun avtomobili oteldən aralananda silahlı hücuma məruz qalmışdı. Hücum nəticəsində Lənkəranski və onun sürücüsü qətlə yetirilmişdi. 19 avqust tarixində Rövşənin nəşi Lənkərana gətirilərək dəfn edilmişdi.

İnterpress.az