| |||||
Sabahın havası | |||||
Oktyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
|
|||||
|
|||||
![]() Bu barədə İnterpress.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz olacaq. Rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti təşkil edəcək. İnterpress.az |
|||||
|
|||||
|