Emal olunmuş ət ilə “süd vəzi xərçəngi arasında əlaqə var”backend

Emal olunmuş ət ilə “süd vəzi xərçəngi arasında əlaqə var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəyyənləşib ki, emal olunmuş əti daha çox qəbul edən qadınların döş xərçənginə tutulma ehtimalı 9% artıqdır.

Xərçəng xəstəliyi \”sürətlə yayılır\”

Emal edilmiş qida ilə \”xərçəng əlaqəsi\” varmı?

İcmal, Dünya Səhiyyə Təşkilatının daha əvvəl əldə etdiyi emal olunmuş ət xərçəngə səbəb olur nəticələri ilə üst-üstə düşür.

Mütəxəssislər isə nəticələrə ehtiyatla yanaşmağı məsləhət bilir və deyirlər ki, individual qadınlar üçün risk \”çox azdır.\”

Bu qənaətlər nə dərəcədə etibarlıdır?

Bir milyondan çox qadının məlumatlarının daxil olduğu icmal göstərib ki, emal olunmuş ətin qəbulu ilə süd vəzi xərçəngi arasında əlaqə var. Lakin bu ət növlərinin xərçəngə səbəb olub-olmadığı aydın deyil.

Diqqət yetirməli olduğumuz bəzi məqamlar da var.

15 araşdırmanın istinad edildiyi icmalda hər araşdırma üzrə yüksək istehlak anlayışının fərqli olduğu nəzərə alınıb.

Məsələn, icmalda yer alan və Böyük Britaniyada aparılan bir araşdırmada yüksək istehlak gündə 9 qram kimi təsvir edildiyi halda, başqa araşdırmalarda göstərici daha yuxarıdır.

Bu araşdırmanı aparan elm adamları insanların dediklərini qeydə alıblar və bir müddət sonra əlaqə yaradaraq kimin döş xərçənginə yoluxub-yoluxmadığını öyrəniblər.

Amma məsələ burasındadır ki, insanlar emal olunmuş əti fərqli miqdarda yeyirlər və eyni zamanda başqa mənada daha az sağlam həyat tərzi sürərək də xərçəng riskini artırmış ola bilərlər.

Risk nə dərəcədədir?

Böyük Britaniyada 100 qadından təxminən 14-ü həyatlarının hansısa dönəmində süd vəzi xərçənginə tutula bilər.

Təxmin edilir ki, bu növ xərçəng hallarının 8 faizi artıq çəkili olmaqdan irəli gəlir və daha 8 faizi spirtli içki qəbulunun payına düşür.

International Journal of Cancer jurnalında dərc olunan bu araşdırmanın müəlliflərinə görə, əldə etdikləri əlaqə yalnız emal olunmuş ət üçün keçərlidir və qırmızı ətə aid deyil.

Dünya Səhiyyə Təşkilatı (WHO) emal olunmuş əti, əsasən bağırsaq xərçəngi riskini artırdığı üçün kanserojen hesab edir. Eyni zamanda qeyd olunur ki, qırmızı ət də \”çox güman kanserojendir\”.

Emal olunmuş ət, ətin hisə verilmiş, qurudulmuş, yaxud duz və ya qoruyucu maddələr əlavə edilmiş formasıdır. Bu ya məhsulun istifadə müddətini uzatmaq, ya da dadını dəyişmək məqsədilə edilir.

Emal olunmuş ətə bekon, sosiskalar, hot doqlar, salami, konservləşdirilmiş mal əti və vetçina daxildir.

Bu məhsulların xərçəng riskini nə üçün artırdığı barədə müxtəlif nəzəriyyələr mövcuddur. Belə nəzəriyyələrdən biri də duzun ətdəki proteinə reaksiya göstərərək onu kanserojenik hala gətirməsidir.

Emal olunmuş əti tamamilə kəsməliyikmi?

ABŞ-da yerləşən Harvard Universitetinin TH Chan İctimai Sağlamlıq Məktəbindən aparıcı müəllif dr. Məryəm Farvid, ətdən imtina etmək əvəzinə azaltmağı məsləhət bilir.

Hazırda NHS (Birləşmiş Krallığın səhiyyə sistemi) gündəlik 70 qramdan artıq qırmızı və emal olunmuş ət yeməyi məsləhət bilmir.

Reading Universitetinin bəslənmə və sağlamlıq üzrə dosenti dr. Gunter Kuhnle (araşdırmada iştirak etməyib) deyir ki, bu araşdırma əsasında insanların qırmızı və emal olunmuş ət qəbulunu azaltmaq məsləhəti \”mübahisəlidir\”.

Onun sözlərinə görə, emal olunmuş ətin daşıdığı risk fərdi mənada \”çox aşağıdır\” və daha çox əhalinin sayı miqyası ilə ölçülür.

Lakin dr. Kuhnle əlavə edib ki, araşdırmanın nəticələri ilə kifayətlənmək lazım deyil və emal olunmuş ət ilə xərçəng arasındakı əlaqə tam araşdırılmalıdır və bu riskin yeni qida istehsalı kimi yollarla azaldılmasının mümkünlüyü sınaqdan keçirilməlidir. (bbc)

İnterpress.az