“Bayılda sürüşmə ilə bağlı obyektlərin fəaliyyəti dayandırılıb”- İcra başçısının müavinibackend

“Bayılda sürüşmə ilə bağlı obyektlərin fəaliyyəti dayandırılıb”- İcra başçısının müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Bayılda sürüşmə ilə bağlı ətrafdakı obyektlərin fəaliyyəti dayandırılıb\”.

Bunu açıqlamasında Səbail rayon icra başçısının müavini Abit Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəli ərazi müəyyənləşdirilir:

“Oktyabrın 3-dən ərazidə aktivlik var idi. Həmin gündən buraya nəzarət olunurdu. Ötən gecə aktivlik artıb və ərazidə ciddi yarğanlar yaranıb. Təhlükə olar deyə, əraziətrafı yollar bağlanıb və obyektlərin fəaliyyəti dayandırılıb ki, sürüşmə olarsa, həyati təhlükə olmasın”.

Abit Əliyev qeyd edib ki, təhlükəli ərazi müəyyənləşəndən sonra qərar veriləcək:

“Baş nazirin müavini Hacıbala Abutalıbov və digər rəsmilər əraziyə baxış keçirib. Saat 16:00 ərazi barədə qərar veriləcək”. (Oxu.Az)

İnterpress.az