İlham Əliyevdən Səbuhi Məmmədli ilə bağlı GÖSTƏRİŞbackend

İlham Əliyevdən Səbuhi Məmmədli ilə bağlı GÖSTƏRİŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Mətbuat Şurasının bununla bağlı dövlət başçısına ünvanladığı məktuba cavab olaraq jurnalistin sağlıq durumunun yaxşılaşması üçün tədbirlərin görüləcəyi bildirilib.

\”Ölkəmizin nüfuzlu kütləvi informasiya vasitələrində repartyor kimi çalışmış istedadlı jurnalist Səbuhi Məmmədli kəskin şəkərli diabetdən, qara ciyər və ürək çatışmazlığından əziyyət çəkir. Hazırda səhhəti ağırlaşmış jurnalistin həyatı təhlükədədir. Buna görə də ölkənin media ictimaiyyəti adından Sizə üz tutur, ona müvafiq kömək göstərilməsini xahiş edirik. Əminik ki, həssas münasibətiniz, şəxsi diqqətiniz sayəsində Səbuhi Məmmədlinin sağlığına qovuşması ilə bağlı zəruri tədbirlər həyata keçiriləcəkdir”, – deyə Mətbuat Şurasının müraciətində qeyd olunub.

İnterpress.az