Ceyhun Bayramov Beynəlxalq Təhsil Sərgisi ilə tanış olubbackend

Ceyhun Bayramov Beynəlxalq Təhsil Sərgisi ilə tanış olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Memarlıq və İnşaat Universiteti Beynəlxalq Təhsil Sərgisində geniş pavilyonda təmsil olunub
“Uşaqların gələcəyinə sərmayə” devizi altında Bakı Ekspo Mərkəzində təşkil edilən XII Azərbaycan Beynəlxalq Təhsil Sərgisində Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) geniş pavilyonda təmsil olunub. Bu barədə universitetdən məlumat verilib.

Pavilyona böyük maraq göstərən iştirakçılar universitetin fakültə və ixtisasları ilə yaxından tanış olublar.

Sərgi ilə tanış olan təhsil naziri Ceyhun Bayramov AzMİU-nun pavilyonuna da baş çəkib, ali təhsil müəssisəsinin fəaliyyəti, gələcək planları ilə maraqlanıb.

Rektor Gülçöhrə Məmmədova, strateji inkişaf üzrə prorektor Ülkər Səttarova universitetin fakültə və ixtisasları, beynəlxalq əlaqələri, gələcək perspektivləri haqqında nazirə məlumat veriblər.

Sərgi oktyabrın 13-dək davam edəcək. (AZƏRTAC)

Ceyhun Bayramov Beynəlxalq Təhsil Sərgisi ilə tanış olub

İnterpress.az