DİM-dən Siyavuş Novruzovun etirazına münasibətbackend

DİM-dən Siyavuş Novruzovun etirazına münasibət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov qəbul imtahanları ilə bağlı yeni qaydaların gec açıqlanmasına etiraz edib.

“Tələbə qəbulu ilə bağlı qaydaların dəyişməsi öncədən bildirilməlidir. Tutaq ki, orta məktəbin 11-ci sinif şagirdi hansısa istiqamət üzrə hazırlaşır, amma imtahana 6 ay qalmış qaydalar dəyişir. Bu, düzgün deyil”, – deyə S.Novruzov bildirib.

Dövlət İmtahan Mərkəzi (DİM) komitə sədrinin etirazına münasibət bildirib.

DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə açıqlamasında deyib ki, ali məktəblərə yeni qəbul modeli 2017-ci ilin oktyabr ayında ictimaiyyətə təqdim olunub. Həmin vaxtdan etibarən qəbulun hansı qaydalar və model əsasında aparılacağına dair məlumatlar yayılıb.

Qurum rəsmisi vurğulayıb ki, bununla bağlı Dövlət İmtahan Mərkəzinin bütün elmi-metodiki seminarlarında müzakirələr aparılıb, rəhbərlik tərəfindən təhsil ictimaiyyəti, valdiyenlərlə görüşlər keçirilib və görüşlərdə yeni model təqdim olunub.

DİM sözçüsü, həmçinin qeyd edib ki, yeni modelin müəyyən detalları məlum olub və bu detallar ictimaiyyətə təqdim olunub.

“Əvvəlcədən bildirilmişdi ki, şagirdlərin biliklərinin qiymətləndirilməsi yeni qaydalara uyğun aparılacaq. Orada nəzərdə tutulan bilik və bacarıqların yoxlanılması yeni test modeləri tətbiq edilməklə həyata keçiriləcək. Bununla bağlı kifayət qədər məlumat verilib. Dövlət İmtahan Mərkəzi orta mətkəblərdə monitorinq imtahanları keçirib, yeni növ test tapşırıqlarından istifadə edib. 2015-ci ildə monitorinq imtahanlarının nəticələri dərc olunub”.

X.Xanlarzadə əlavə edib ki, bu il 11-ci sinifi bitirən məzunlar yeni qəbul qaydaları, açıq tipli test tapşırıqları, yeni modellə artıq tanışdırlar. “Dövlət İmtanan Mərkəzi tərəfindən 9-cu sinifdə təhsil alanların yeni model əsasında imtahanı iki il bundan öncə həyata keçirilib. Yəni, bu il 11-ci sinfi bitirən ilk kurikulum məzunları artıq bu tapşırıqlarla tanışdırlar. Ötən ilin oktyabr ayında qəbul imtahanın modeli ictimaiyyətə təqdim olundu. Bütün KİV-də bu dərc olundu və müzakirələr aparıldı. Yeni qəbul modelinin əsasında keçən ilin may ayında sınaq imtahanı keçirilmişdi ki, şagirdlər bu modelə öyrəşsinlər. Burada əsas məqsəd ondan ibarətdir ki, yaddaş məktəbindən təfəkkür məktəbinə keçid olsun. Bunun əsasında da qəbul qaydaları yeniliklərə məruz qalmalıdır”.(azvision.az)

İnterpress.az